Elan Yerləşdirmə Qaydaları
1. Elanın yerləşdirilməsi
1.1. Saytda olan elanda məhsul və ya xidmət haqqında məlumat və şəkilləri başqa məhsul və ya xidmətə aid olan məlumat və ya şəkillərə dəyişmək qadağandır.
1.2. Elan yerləşdirərkən əmin olmalısınız ki, elan saytın qaydalarına tam olaraq uyğundur. Elan dərc edildikdən sonra belə administrasiya tərəfindən təkrar yoxlama zamanı qayda pozuntusu aşkar edilərsə, həmin elanlara düzəliş etmək və saytdan silmək hüququnu administrasiya özündə saxlayır.
1.3. Saytda eyni zamanda iki və daha çox təkrar elan aşkar olunarsa, təkrar olan elanlar silinir.

2. Şəxsi əlaqə məlumatları
2.1. Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, elektron poçt ünvanı, telefon nömrəsi.
2.2. Elan yerləşdirərkən işlək olan elektron poçt ünvanından istifadə etməlisiniz. Bir istifadəçinin (hüquqi və ya fiziki şəxs kimi) yalnız bir istifadəçi hesabı ola bilər. Texniki analiz əsasında bir istifadəçiyə məxsus bir neçə hesab aşkarlandıqda sistem tərəfindən təkrar kimi nəzərə alınacaq və avtomatik ləğv ediləcək və ya bloklanacaq.
2.3. İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.
2.4. Mütləq şəkildə işlək və özünüzə məxsus telefon nömrəsi göstərin – bu sizin sürətli və uğurlu əməliyyat aparma şansınızı yüksəldəcək.
2.5. Telefon nömrəsi müvafiq sətirdə qeyd olunmalıdır. Telefon nömrəsinin elanın başlığında və ya məzmuna qeyd olunması qadağandır.
2.6. Nəzərdə saxlayın ki, digər şəxsə narahatlıq yaratmamaq məqsədi ilə başqa bir şəxsin nömrəsini qeyd etmək qadağandır və bu sizin istifadəçi hesabınızın bərpa hüququ olmadan blok olunmasına səbəb olacaq. Elanda telefon nömrəsi səhv qeyd olunubsa, elan saytdan silinəcək. İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.

3. Elanda düzəlişlərin edilməsi
3.1. Elanda düzəliş etmək üçün “DÜZƏLİŞ ET” düyməsini seçmək və yeni düzəlişləri etdikdən sonra dərc etmək kifayətdir.
3.2. Düzəliş edilmiş elan təkrar yoxlanışa göndərilir. Qaydalara uyğun deyilsə, silinir.

4. Təkrar elanlar
4.1. Aşağıda göstərilən hallarda elan təkrar sayılır:
4.1.1. Tamamilə eyni məzmunlu və ya məna baxımından oxşar elanlar;
4.1.2. Aktiv olan elanla tamamilə eyni məzmunlu və ya məna baxımından oxşar olan bərpa olunmuş elanlar;
4.1.3. Ümumi aktiv elan olduğu halda həmin elanın tərkib hissəsinə daxil olan məhsul və ya xidmətlərdən ibarət ayrı-ayrı yerləşdirilmiş elanlar.

5. Təkrar elanların yerləşdirilməsi
5.1. Məhsulun satışını tezləşdirmir, əksinə, satıcılar üçün satış çətinləşir, alıcılar isə təkrarlanan elanlar arasından uyğun təklifi tapmaq üçün çox vaxt sərf etməli olur.
5.2. Əgər siz məhsulu satmısınızsa, yaxud təklifiniz artıq qüvvədə deyilsə, satışdan və ya təklif qüvvəsini itirdikdən dərhal sonra elanınızı elanlar siyahısından çıxarın (silin).
5.3. Əgər sizin artıq dərc olunmuş və ya yoxlanış mərhələsində olan elanınız varsa, bu elanın təkrarlanmasına yol verməməlisiniz!

6. İki və daha çox istifadəçi hesabı olan istifadəçilər
6.1. Texniki analizlər bir istifadəçiyə aid olan istifadəçi hesablarını aşkar etdikdə bu hesablar sistem tərəfindən təkrar kimi qəbul edilərək avtomatik şəkildə bloklamır və ya silinir;
6.2. İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.
6.3. Sayt rəhbərliyi dəyişikliklər etmək hüququnu özündə saxlayır.

7. Yanlış kateqoriyada yerləşdirilən elanlar
7.1. Elanın məhsulun tipinə, təyinatına, özəlliyinə, məqsədinə, elanın başlığındakı adına uyğun olmayan kateqoriyada yerləşdirilməsi və ya məzmununda saytın istifadəçilərində anlaşılmazlıq yarada biləcək digər məlumatların yerləşdirilməsi qadağandır.
7.2. Elanla bağlı düzgün məlumatlar yerləşdirin. Elandakı bütün məlumatlar həqiqəti əks etdirməlidir. Elanınızın məzmununa maksimum ən uyğun kateqoriya, tip, görünüşü seçin – bu onun həm potensial müştərilər, həm də axtarış sistemləri tərəfindən tapılması şansını yüksəldir.
7.3. Elanın yanlış kateqoriyada və ya bölmədə yerləşdirilməsi onun silinməsinə və ya daha uyğun kateqoriya və ya bölməyə köçürülməsinə səbəb ola bilər.

8. Başlıq
8.1. Elanın başlığı qısa, təqdim olunan məhsul və xidmətlərə uyğun və münasib olmalıdır. Başlıq – potensial müştərinin diqqətinə çatdırılan ilk şeydir. Çalışın ki, onu dəqiq və qısa edəsiniz. Başlıqda yol verilmir:
8.2. Başlığın tamamilə böyük hərflərlə yazılması, başlıqa əlaqə nömrəsi, e-poçt yazılması və ya simvollardan (*^@<> və s.) istifadə edilməməlidir. Bu elanlarınızın axtarış nəticələrində çıxmamasına səbəb olar;

9. Məbləğ; Mübadilə; Pulsuz
9.1. Elan üçün məbləğ yazmaq məcburi deyil tip qutusundan (Razılaşma, Pulsuz, Barter) seçə bilərsiniz. Bu zaman məbləğ üçün nəzərdə tutulan xana boş buraxılmalıdır.

10. Elanın təsviri (xarakteristikası)
10.1. Potensial müştərilər daim açar sözlər vasitəsilə konkret məhsulu axtarırlar. Bu səbəbdən bir yerləşdirmədə ona aid qiymət və şəkillə birlikdə yalnız bir məhsulun (predmetin, obyektin) göstərilməsi çox vacibdir.
10.2. Təsvir hissəsində müxtəlif kateqoriyalara və bölmələrə aid olan bir neçə məhsulun qeyd olunmasına yol verilmir. Məsələn, bir elanda eyni anda telefon və televizor, geyim və mebel, kompüter və fotoaparat, velosiped və it və s. yerləşdirilməməlidir.
10.3. Təsvir tam şəkildə başlığa və təklif olunan məhsula/xidmətə uyğun olmalıdır. Bir elanda yalnız bir məhsulun, predmetin və ya xidmətin təsvirinə icazə verilir. Mətnin ilk 2-3 sətri elanınızın ən cəlbedici hissəsi olmalıdır, çünki ilk gözə çarpan başlıq və elanın mətninin ilk cümləsidir. Qrammatik cəhətdən düzgün və diqqətlə yazın, yazı səhvlərinə yol verməyin, fikirlərinizi dəqiq ifadə edin.
10.4. Məhsulun bütün detalları, xüsusiyyətləri və xarakteristikaları təsvirdə göstərilməlidir. Təsvir əvəzinə məhsul haqqında müştərinin daha ətraflı tanış olması üçün yalnız keçid linki yerləşdirməyin. Heç də bütün istifadəçilərin məhsul haqqında daha ətraflı oxumaq üçün tanınmayan bir keçid linkinə daxil olmağa vaxtı və marağı olmur. Keçid linkinin yerləşdirilməsinə yalnız məhsulun və ya xidmətin təsviri barədə daha ətraflı məlumat vermək üçün yol verilir. Həmçinin, rəqib servislərə keçid linkləri də qadağandır.
10.5. Dəqiq olmayan və ya yanlış məlumatın göstərilməsi, həmçinin, məhsulların qüsurlarının gizlədilməsi elanın silinməsinə səbəb ola bilər.
10.6. Məzmun və məna baxımından təkrar olan elanların yerləşdirilməsi qadağandır.
10.7. Nəzərdə saxlayın:Təsvirdə telefon nömrəsinin, elektron poçt ünvanının, Skype, Instagram, Facebook və digər sosial şəbəkələrdəki hesabların linklərinin göstərilməsi qadağandır. Telefon nömrəsi və elektron poçt ünvanı üçün xüsusi sətir mövcuddur.

11. Şəkil
11.1. Elanınıza mütləq şəkil əlavə edin (hər başlıq üzrə 8-ə qədər şəklə icazə verilir). Nəzərə çarpmayan şəkillərin yer aldığı analoji elanlardan fərqli olaraq məhsulun keyfiyyətli, dəqiq və real şəklini görən müştəri sizin təklifinizlə daha çox maraqlanacaq.
11.2. Şəkillər keyfiyyətli olmalıdır.
11.3. Şəkillərdə hər hansı başqa bir loqotip olmamalıdır.
11.4. Şəkillərdə reklam xarakterli məlumat olmamalıdır. Eləcə də, hər hansı əlaqə vasitəsinin (mobil nömrə, sayta keçid linki, Skype, ICQ, sosial şəbəkə ID-ləri, digər messencerlərin və oxşar şəbəkələrin ID-ləri, həmçinin, rəqib servislərin loqotiplərinin) göstərilməsi qadağandır.
11.5. Məhsulu/xidməti təsvir edən şəkil başlığa və elanın mətninə uyğun olmalıdır. Şəkildə yalnız təklif olunan obyekt nümayiş etdirilməlidir.
11.6. Təsvir edilən obyektin aydın seçilmədiyi, keyfiyyətsiz şəklin əlavə edilməsinə yol verilmir. Həmçinin, erotik və pornoqrafik tərkibli şəkillərin yerləşdirilməsi qadağandır.
11.7. Stokdan götürülmüş bütün hazır fotolar, arxa fonunda mağaza vitrinləri görünən, internetdən götürülmüş və ya kataloqlardan skan edilmiş, bir sözlə, satılan real məhsulla heç bir əlaqəsi olmayan fotoşəkillər ciddi şəkildə araşdırılacaq və dərc olunmaya bilər. Bir sıra kateqoriya və bölmələr üçün real şəkillərin olması mütləqdir:
§ Nəqliyyat
§ Daşınmaz əmlak
§ Heyvanlar
§ Şəxsi əşyalar
11.8. Digər kateqoriyaları üçün şəkil mühüm deyil, lakin sistem sizin məhsulunuza uyğun şəkil tapa bilməsə, elanınız dərc olunmaya bilər.
11.9. Xahiş olunur, elanın moderasiyadan uğurlu şəkildə keçməsi üçün şəxsən çəkdiyiniz şəkliləri yerləşdirin. Yuxarıda qeyd olunan qaydaya cavab verməyən şəkillərin hamısı silinəcəkdir.

12. Ban səbəbi və ya Hesabın silinməsi
12.1. İdarə heyəti və ya moderatorlara qarşı hörmətsizlik etdikdə istifadəçilərin anketi blok olunacaq və o, TV42.RU saytında elan yerləşdirə bilməyəcək.
12.2. Saytın qaydalarını ilk dəfə pozduğu halda istifadəçi xəbərdarlıq üçün, qısa müddətli blok edilir, bu hal dəfələrlə təkrarlandıqda isə o, saytdan birdəfəlik uzaqlaşdırılır
12.3. Üçüncü şəxslərin əlaqə vasitələri qeyd edildikdə və həmin səxslər şikayət etdikdə istifadəçi saytda blok edilir və ya (silinir).

13. Texniki dəstək xidməti
13.1. Texniki dəstək xidmətinin telefonları bazar ertəsindən cümə gününədək, saat 09:00-dan 19:00-a qədər, şənbə günü isə saat 09:00-dan 13:00-a qədər işləyir.
13.2. Texniki dəstək xidmətinə müraciət etdikdə mütləq istifadəçi adı, elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır.

14. Qadağan olunmuş məhsul və xidmətlər
14.1. Qadağan olunmuş məhsullar və xidmətlərin yer aldığı elanların yerləşdirilməsinə yol verilmir. Eyni zamanda, elanda (başlıq, mətn, video) və ya istifadəçi adında erotik, pornoqrafik, ədəbsiz, ekstremist və ya saytın tələblərinə cavab verməyən digər məzmun və anlayışların istifadəsi yolverilməzdir.
14.2. Elanı yalnız konkret məhsul və xidmətlər barəsində verin – ümumi reklam xarakterli və ya konkret təklif irəli sürməyən elanlar yolverilməzdir. Həmçinin, məhsulların hərrac yolu ilə satılması və hərracların reklam edilməsi qadağandır.
14.3. Reklam xarakterli məlumatların, həmçinin aşağıdakı tip tanıtım reklamlarının yer aldığı elanlar qadağandır;
14.4. Şübhəli gəlir əldə etmə üsulları, o cümlədən, internet üzərindən olan üsullar barədə elanların yerləşdirilməsi yolverilməzdir.
14.5. İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının elanda və ya istifadəçi adında istifadə edilməsi qadağandır.

Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması elanın silinməsi üçün əsas ola bilər!